Tramp Türkiyəyə göndərəcəyi səfirin adını açıqladı
    • 11-12-2024, 11:38
    • 97

Tramp Türkiyəyə göndərəcəyi səfirin adını açıqladı

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp ABŞ-ın Türkiyədəki yeni səfirinin adını açıqlayıb.

News24.az xəbər verir ki, Tramp bu vəzifəyə “Colony Capital” investisiya şirkətinin qurucusu Tom Barakın namizədliyini irəli sürüb. Tramp bu barədə özünün “Truth Social” sosial media platformasında yazıb.

Barak əvvəllər BƏƏ-yə təsir agenti kimi qeyri-qanuni fəaliyyətlərdə ittiham edilib, lakin 2022-ci ildə bütün doqquz maddə üzrə bəraət qazanıb.

Qeyd edək ki, ABŞ-da səfirlərin prezident təyinatları Senatın təsdiqindən keçir.

Aynurə