Mbappenin zədəsi nə qədər ağırdır?
    • 11-12-2024, 12:02
    • 98

Mbappenin zədəsi nə qədər ağırdır?

“Real Madrid”in hücumçusu Kilian Mbappe ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun İtaliyanın “Atalanta” komandası ilə oyununda (3:2) aldığı zədənin nəticəsini qiymətləndirmək üçün müayinədən keçəcək. 

News24.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

“Bu gün Kilian Mbappe dünən aldığı zədəni qiymətləndirmək üçün müayinədən keçəcək. Ançelotti bunu ciddi problem hesab etmir", - deyə Romano yazıb.

Qeyd edək ki, Kilian Mbappe 36-cı dəqiqədə meydanı tərk edib. Hücumçu 10-cu dəqiqədə qol vurub.


Ağa Dadaşzadə