-
- 11-12-2024, 23:01
- 161
Evlərin qiyməti bahalaşdı - Yeni tikililərdə...
2024-cü ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ikinci rübə nəzərən 3.8% artıb.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, ilkin mənzil bazarında artım 4.3%, təkrar mənzil bazarında isə 3.7% təşkil edib. 2024-cü ilin doqquz ayında ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2%, o cümlədən ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb
Hesabat dövründə mənzil tikintisi üzrə investisiyaların həcmi 2.6 dəfə çoxalıb.