-
- 11-12-2024, 23:35
- 167
Günə 10 yumurta yemək olarmı?
Dədə-babamız günə 5-10 yumurta yeyərdi, pəhləvan kimi idilər. Amma indi həkimlər yumurtanı az qala zərərli məhsul elan edir və günə 1 ədəddən artıq olmaz bildirir.
News24.az“medicina”-a istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar dietoloqu Viktor Tutelian 10 yumurtanın orqanizmə təsirindən danışıb:
“Nəinki 10, hətta 5 yumurtanı birdəfəyə yedikdə, orqanizm güclü zülal və yağ yüklənməsi keçirir ki, bu da xolesistit, diareya və digər reaksiyalara səbəb ola bilər.
Yumurtada çox miqdarda amin turşusu, vitamin və xolesterin var.
Sutkalıq norma 2 ədəddir. Ürək-damar problemi olanlar yumurtanın ağını yesin.
- Yüksək keyfiyyətli zülal, protein, A, D, E vitamini, dəmir, sink mənbəyidir.
- Yumurtada olan xolin beyin və qaraciyər üçün vacibdir.
- Lütein gözü qoruyur.
- Yumurta toxluq yaradır, şəkəri artırmır, piylənmə yaratmır.
- Yumurtanın sarısı xolesterinlə zəngindir.
Damarları tıxanan və qaraciyərində çox xolesterin toplananlar üçün sarını yemək olmaz