-
- Dünən, 21:58
- 78
Şampanla Yeni il ritualı – İçkini küllə içmək
“Şampandakı kül sağlamlıq üçün təhlükə yaratmır”
News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu terapevt Yana Şmeleva deyib.
O, arzu yazılan salfetkanı stəkan şampan üzərində yandırıb və onu kül ilə içmək Yeni il ritualını bu cür qiymətləndirib.
Şmeleva qeyd edib ki, kağızın yanması nəticəsində yaranan kül zəhərlənmə zamanı detoksifikasiya üçün istifadə olunan vasitələrlə müqayisə oluna bilər. Həkim bunun tamamilə təhlükəsiz olduğunu bildirib.
O qeyd edib ki, kül aktivləşdirilmiş karbona bənzəyir və buna görə də sağlamlıq üçün təhlükə yaratmır.