-
- Bu gün, 16:42
- 62
Avropanın rusların qələbələrinə məhəl qoymaması axmaqlıqdır - Deputat
Qərb idman rəsmiləri Rusiya idmançılarının Dünya Üzgüçülük Çempionatındakı qələbələrindən əsəbiləşirlər, lakin onlara məhəl qoymamaq axmaqlıqdır.
News24.az xəbər verir ki, bu sözləri Olimpiya çempionu, Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.
Deputat qeyd edib ki, bundan əvvəl Avropa Üzgüçülük Liqası (Avropa Su İdmanı) X sosial şəbəkəsində turnirin digər medalçıları arasında dünya çempionu olmuş rusiyalı Miron Lifintsevin fotosunu dərc etməyib.
Jurovanın sözlərinə görə, Qərb idman rəsmiləri “Rusiya” və “qələbə” sözlərini əlaqələndirməkdən çəkinirlər.
"Onlar buna Rusiyanın təbliğatı kimi baxıb, idmançılarımızın nailiyyətlərini susdurmağa çalışırlar. Onların etdikləri çox axmaq görünsə də, təəssüf ki, bu, bir çox insanın beyinlərinə həkk olur", - deyə o bildirib.
Ağa Dadaşzadə