-
- Bu gün, 16:54
- 67
Matvienko iki saatdan çox çəkən görüşdə nədən danışıb?
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Federasiya Şurasının nümayəndə heyəti Qazaxıstanda rəsmi səfərdədir.
News24.az xəbər verir ki, Valentina Matvienko Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə "Rosatom"un respublikada AES-in tikintisində mümkün iştirakını müzakirə edib.
Matvienko həmçinin Qazaxıstan Senatının sədri Maulen Aşimbayevlə görüşüb. Görüşdən sonra 2025-2027-ci illər üçün parlamentlərarası əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, Matviyenkonun Qazaxıstan prezidenti ilə söhbəti iki saatdan çox çəkib.
Ağa Dadaşzadə