-
- 13-12-2024, 11:10
- 22 449
Əhaliyə xəstəxanalarla bağlı ŞAD XƏBƏR
Artıq Bakı şəhərində və regionlarda olan bir çox xəstəxanamız onlayn növbə sisteminə keçib.
News24.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"İlk olaraq bu layihəyə Yeni Klinikada başlanılmışdı. Hədəfimiz odur ki, çox qısa müddətdə bütün ölkə üzrə onlayn növbələrə başlayaq. Vətəndaş əvvəlcədən növbəyə yazılmaqla həkim qəbullarına düşə bilsin. Artıq növbə sistemləri qurulur. Vətəndaş xəstəxanaya müraciət etdikdə elektron növbəni əldə edə bilir", - o əlavə edib.