DYP sürücülərə müraciət etdi
    • Bu gün, 11:40
    • 40

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə News24.az-a İdarədən məlumat verilib.

Müraciətdə bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış yağacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormuzlama etməkdən çəkinməyi tövsiyə edir.

"Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur".