-
- Bu gün, 11:15
- 77
Avropa Liqası: 17 oyun keçirildi - Nəticələr
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub.
News24.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşıb.
Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olub.
Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşan “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşüb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VI tur
12 dekabr
“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0
“Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0
PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) 5:0
“Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2
“Yunion” (Belçika) - “Nitsa” (Fransa) 2:1
“Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland) 2:2
“Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2
“Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0
“Portu” (Portuqaliya) - "Midtyullann" (Danimarka) 2:0
“Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3
“Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1
“Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2
“Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0
“Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1
“Budyo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1
“Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0
Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.\\report