-
- Bu gün, 20:33
- 117
Kəskin ərzaq qıtlığı yarandı Bir milyondan çox insan didərgin düşdü
Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra 1,1 milyondan çox insan didərgin düşüb.
News24.az xəbər verir ki, bu barədə "CNN" BMT-nin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin ən böyük ikinci şəhəri olan Hələbdə sakinlər ərzaq qıtlığından əziyyət çəkir.
Sözügedən bölgədə yanacaq qiymətlərinin də olduqca yüksək olduğu vurğulanıb.
Qeyd edək ki, həftəsonu Yaxın Şərq və onun hüdudlarından kənar ölkələrin xarici işlər nazirləri İordaniyada bir araya gələrək Suriyada rahat keçid prosesinin təşkili yollarını müzakirə edəcəklər./teleqraf.com/