Paytaxt üçün 500 müasir tramvay vaqonu alındı
    • Bu gün, 11:59
    • 121

Paytaxt üçün 500 müasir tramvay vaqonu alındı

Moskva meri Sergey Sobyanin şəhər tramvay şəbəkəsini inkişaf etdirmək planlarından danışıb. 

News24.az xəbər verir ki, onun əsas layihəsi Rusiyanın ilk pilotsuz tramvayının xəttə buraxilmasıdır.

Merin sözlərinə görə, sürücüsüz tramvay ilk sınaqlar zamanı, artıq yaxşı nəticələr göstərib. 

"Sərnişinli və sərnişinsiz 2,4 min kilometrdən çox yol qət edib və heç vaxt yol hərəkəti qaydalarını pozmayıb. Hələlik sürücü tramvayda nəzarət edir, lakin 2025-ci ilin sonuna qədər nəqliyyatın sərnişinlərlə avto idarəetməyə keçilməsi planlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, Moskva meriyası artıq 500 müasir tramvay vaqonu alıb və parkın yenilənməsini başa çatdırmaq üçün daha 100-dən çox müasir tramvay almağı planlaşdırır.

Ağa Dadaşzadə