-
- Bu gün, 12:31
- 95
Svetoforun siqnallarını bilməyən sürücü çaş-baş qalıb təhlükə yaratdı - VİDEO
Svetoforun siqnallarının mənasını anlamayan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb.
Belə ki, 10-LA-121 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Əziz Əliyev küçəsilə kəsişmədə svetoforun sarı işığının yanıb-söndüyünü görərək qəfil tormoz verib. Bu zaman arxadan gələn sürücüyə təhlükə yaradıb.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sarı rəngli işığın yanması, hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Sarı rəngli işığın yanıb-sönməsi isə hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir.
Əksər sürücülər svetoforun siqnallarına yalnız yolayrıcına yaxınlaşan zaman baxırlar. Belə halda isə qəfil qərar verərək təhlükə ilə üzləşirlər.
Videogörüntüdən də görünür ki, svetoforun konsul dayağındakı sarı işığın yanıb-sönməsi 100-150 metr əvvəldən aydın şəkildə əks olunur. Sadəcə sürücü yolayrıcına çatan zaman diqqət etdiyi üçün çaş-baş qalıb.