-
- Bu gün, 13:21
- 201
Sumqayıtda pişiyi görün necə öldürdülər?
Sumqayıtda pişiyə qarşı insanlığa sığmayan v*əhşilik edilib.
News24.az bildirir ki, bu barədə Sumqayit24.az-a 14-cü məhəllə sakinləri məlumat veriblər. Onlar sözügedən canlının cəsədini yaşadıqları bina 7/36-nın blokunda tapıblar:
“Hər tərəf qan idi. Pişiyin cansız cəs*ədində bıçaq izləri gördük. Həmişə onu yemləyirdik. İnsan bir canlını axı niyə öldürsün?
Bu, ilk belə hadisə deyil. Blokda yaşayan bir nəfərdən şübhələnirik. Həmin şəxs sərxoş olanda özünü qeyri-adekvat aparır, digər heyvanlara da zül*m edir. Məhəllədə olan sakit, heç kimə hürməyən, hücum etməyən itləri də vurub, zəhərləyərək öldürüb.
Bu gün içkili vəziyyətdə heyvanlara cuman adamın, sabah uşaqlarımıza da nə isə edəcəyindən qorxuruq”.
Xatırladaq ki, Milli Məclis heyvanlarla rəhmsiz rəftar edənlərə qarşı cəzaları artırıb.