Sərxan Hacıyev Fernandu Santuşun istefaya göndərilməsi haqda danışıb

Sərxan Hacıyev Fernandu Santuşun istefaya göndərilməsi haqda danışıb İdman

Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil.

News24.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun komandadakı taleyi ilə bağlı danışıb:

"O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir"