"Mənim üçün oxucunun fikri heç vaxt maraqlı olmayıb"
    • Bu gün, 16:14
    • 101

"Mənim üçün oxucunun fikri heç vaxt maraqlı olmayıb"

"Azərbaycanda o adam böyük şair olur ki, onun şair taleyi olur. Mikayıl Müşfiqin dövründə ondan 100 dəfə istedaDlı adamlar olub. Müşfiqin gənc yaşda öldürülməsi onun taleyi idi, bu onu Müşfiq elədi". 

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, şair Rüstəm Behrudi deyib.

"Mikayıl Müşfiq olmaq üçün zaman da lazımdır. Sözlərini əbədiyyata hesablamayan adam heç vaxt böyük şair ola bilməz. Məsələn, mənim üçün oxucunun fikri heç vaxt maraqlı olmayıb. Mən özümü yazmışam, özümü ifadə etmişəm. Şaman duasından d*ar ağacına adlı kitabımda bircə cümlə yazmışam: Söz dayanmış zaman formasıdır. Ona görə də mən sözlərimi əbədiyyata hesabladım, adamlara yox".

Ətraflı linkdə.

Günel Məlikzadə