-
- Bu gün, 00:17
- 159
Xəzərin cənub sahilində güclü zəlzələ oldu
İranın şimal əyaləti Mazandaranda güclü zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 22:28-də Xəzər dənizinin cənub sahilində qeydə alınıb.
4,6 bal gücündə qeydə alınan yeraltı təkanın dərinliyi 35 km təşkil edib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.//axar