Bu bölgəyə güclü qar yağdı
    • Bu gün, 09:58
    • 689

Bu bölgəyə güclü qar yağdı

Dekabrın 14-də səhər saatlarından etibarən Cəlilabad rayonuna mövsümün ilk qarı yağmağa başlayıb.

News24.az xəbər verir ki, qar əsasən rayonun dağlıq ərazilərinə daha çox yağıb. Kəndlərdə qar örtüyünün hündürlüyü 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edir.

Qar nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.