-
- Bu gün, 11:36
- 119
15 dekabrda bürcləri NƏ GÖZLƏYİR?
News24.az 15 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir:
QOÇ - Havaların qeyri-sabitliyi, maqnit qasırğaları səhhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikitərəfli əməkdaşlığınız uğurla nəticələnəcək.
BUĞA - Mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün.
ƏKİZLƏR - Şərait dəyişəcək, həmçinin faydalı məlumat ala bilərsiniz. Nüfuzlu adamların dəstəyini qazanacaqsınız, bu, məqsədinizə doğru yolunuzu asanlaşdıracaq.
XƏRÇƏNG - Hazırda "hakim" bürc siz olduğunuz üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yönəltməyə səy göstərin. İşgüzar sövdələşmələrə başlamağa dəyər.
ŞİR - Mübahisəli gündür. Atmaca və böhtanlara əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.
QIZ - Saat 12-dən sonra maddi durumunuzu dirçəltmək üçün cəhdlər edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizcə olan ünvanlara qonaq sifətilə baş çəkin.
TƏRƏZİ - Həmkarlarınızla davranışlarda nəzakətli olun. Çünki ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.
ƏQRƏB - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın.
OXATAN - Maliyyə problemlərinizin qabarmasını istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişə girişməyəsiniz. Əsas vaxtınızı sevgiyə həsr edin.
OĞLAQ - Saat 12-17 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddətdə heç bir probleminiz olmayacaq. İşgüzar görüşləri təxirə salmayın. Sevindirici xəbər eşidəcəksiniz.
DOLÇA - Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
BALIQLAR - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamısını reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla əməkdaşlığa razılıq verməyin. Səhhətinizi qoruyun.
Ağa Dadaşzadə