-
- Bu gün, 19:25
- 173
Dünyanın ən varlı ailələri -
“Bloomberg” dünyanın ən zəngin ailələrinin adını və onların sərvətinin məbləğini açıqlayıb.
News24.az Sfera.az-a istinadən xəbər verir ki, siyahıya ABŞ-dən Körfəz ölkələrinə qədər bir çox məşhur ailələr daxil edilib.
Sıralamaya əsasən, dünyanın ən varlı ailəsi “Walton” supermarketlərinin sahibi olan ailədir. Bu ailənin ümumi sərvətinin dəyəri 432,4 milyard dollardır. “Walmart” son maliyyə ilində dünya üzrə 10 600-dən çox mağazadan 648,1 milyard dollar gəlir əldə edib və dünyanın ən böyük pərakəndə satıcısı olub.
Birləşmiş Ərəb Əmirliyinin Nahyan ailəsi sıralamada ikinci yerdədir. Kral ailəsinin sərvəti 324 milyard dollardır. Birləşmiş Ərəb Əmirliklərini təşkil edən yeddi əmirlikdən biri olan Əbu-Dabi ölkənin paytaxtıdır və neft ehtiyatlarının böyük hissəsi burada yerləşir. Hakim Əl Nəhyan ailəsi, neft iqtisadiyyatı və kral ailəsinin maliyyəsini dəyişdirməzdən əvvəl, onilliklər ərzində BƏƏ-ni təşkil edən bölgəyə rəhbərlik edirdi. Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan həm də ölkənin prezidentidir.
Al Thani ailəsi də zəngin ailələrdən biridir. Qətəri idarə edən bu ailənin sərvətinin dəyəri 173 milyard dollar qiymətləndirilir.
Fransada yaşayan Hermes ailəsi zənginlər sıralamasında dördüncü sıradadır. Bu ailənin lüks mallar istehsal edən şirkətləri var. Ailənin ümumi sərvəti 170,6 milyard dollardır.
Sıralamada beçinci yerdə ABŞ-də yaşayan Koç ailəsidir. Ailənin ümumi varidatının dəyəri 148,5 milyard dollardır. Ailənin əsas gəlir mənbəyi neft olub.
Sıralamada növbəti beşlikdə Səudiyyənin kral ailəsi (140 milyard dollar), ABŞ-nin Mars ailəsi (134 milyard dollar), Hindistanın Ambani ailəsi (100 milyard dollar), Fransanın “Chanel” şirkətinin Vertxaymer ailəsi (88 milyard dollar), Kanadanın media sahəsində tanınan Reuters ailəsi (87 milyard dollar) gəlir.