Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib - FOTO
    • Bu gün, 13:58
    • 80

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin Xarici İşlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.

News24.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Leyla Əliyeva Ruandanın Gənclər və İncəsənət naziri Sandrine Umutoni ilə də görüşüb. Azərbaycan və Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib.

Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradacağı bildirilib.