-
- Dünən, 22:35
- 88
İlon Maskın şirkəti Ermənistanda lisenziya aldı
Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
"Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, "Starlinkam" SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib", - M.Ayrapetyan sosial şəbəkədə yazıb.
Nazir test mərhələsinə keçdiklərini diqqətə çatdırıb: "Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək".
\\Publika.az