Faciəvi şəkildə ölən Elnurə bank əməkdaşı imiş
    • Dünən, 23:25
    • 342

Faciəvi şəkildə ölən Elnurə bank əməkdaşı imiş

Xəbər verildiyi kimi, dekabrın 11-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova dəm qazından boğularaq vəfat edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, E.Abbasova “Expressbank”ın əməkdaşı imiş. O, 2 ildən artıq idi ki, bankın marketinq şöbəsində marketinq meneceri vəzifəsində çalışırmış.

Qeyd edək ki, keçmiş “Qafqaz” Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti) məzunu olan E.Abbasova Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yaşadığı mənzildə bədbəxt hadisənin qurbanı olub.