Azərbaycan bankı 15 milyon dollarlıq istiqraz buraxır
    • Bu gün, 09:04
    • 101

Azərbaycan bankı 15 milyon dollarlıq istiqraz buraxır


"Unibank Kommersiya Bankı" ASC istiqraz buraxılışı yolu ilə 15 milyon dollar cəlb etməyə hazırlaşır.

News24.az Marja.az-a istinadla xəbər verir ki, Bank hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 15 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqraz buraxır.

Tədavül müddəti 6 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 8%-dir.

Birinci buraxılış üzrə ödənilməli olan faizlər hər 90 gündən bir ödəniləcəkdir.