-
- Bu gün, 17:06
- 186
35 nəfər uçqun altında qaldı: Bu ölkədə FACİƏ
Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Məlumata görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.
Hazırda uçqun altında qalanların taleyi bəlli deyil.
Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.