-
- Bu gün, 04:19
- 48
Xuraman Əlizadə həyat yoldaşından ayrılıb?
Əməkdar artist Xuraman Əlizadə ilə həyat yoldaşı Murad arasında bir müddətdir soyuqluq olduğu iddia olunur. Buna səbəb isə sənətçinin həyat yoldaşı ilə paylaşımlarını azaltması və ya heç görüntülənməməsi olub.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, son olaraq jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlamaları ilə diqqət çəkən aktrisa həyat yoldaşından danışmaqdan qaçınıb:
"Ola bilər ki, gülməməyim həyatımla əlaqəlidir. TikTok-da mənə elə sözlər yazırlar ki... Pis mənada yox, yaxşı mənada. Elə hadisələrdən yazırlar ki, özüm şoka düşürəm. Mənim araşdırmaqla işim yoxdur. Allah özü qarşıma çıxarır. Mənə qarşı tələ quramları, xəyanət edənləri, üzdə başqa münasinətdə olub, arxada başqa olanları... Hamısını çıxarır. Heç kimi araşdırmıram, evimdəyəm. Allah sevir məni ki, gözün açılsın, Xuraman, gör, kimlə münasibət qurmusan. Gözüm açılır, amma ürəyimə elə bil pambıq qoyublar. Gözlərim şişir. Əlinin yanında ağlamaq istəmirəm, o yatandan sonra ağlayıram. Elə məqamlar olur ki, arxaya çəkilirsən, deyirsən, əşşi çıx get".
X. Əlizadə P. Hüseynin "Hamıdan danışdınız, həyat yoldaşınızdan başqa" fikrinə bu cavabı verib:
"Onun haqqında nə danışım? Yenə də fikrimin üstündəyəm ki, bir-iki günlük münasibətə görə ailə dağıtmaram. Xanımlar məni daş-qalaq etməsinlər. O vaxt ki, bəy başqa xanıml sevər, səni istəməz, evə gec gələr, səni alçaldar, ailəsi ilə əvvəlki münasibəti olmaz. Başqasını sevirsə, deyə bilmirsə ki, filankəsi sevirəm, onun yanında xoşbəxtəm. Onda qadın çemodanını götürüb gedə bilər. Yoxsa ailə gözəldirsə, ailədən gözəl heç nə yoxdur. Mən heç yerə getməmişəm, evimdəyəm. Heç kim heç yetə getməyib, ailəmdəyəm. Heç kimə deməzdim ki, bağışlayıram. Bağışlaya bilmirəm. İndiyə qədər hamını bağışlamışam, bundan sonra istəmirəm. İndiyə qədər hamını bağışlamışam, o qədər səbrli insanam ki, dünya qədər səbrim var. Bundan sonra yox. Bəsti... İndi rahatam, heç kimi bağışlamaq fikrim yoxdur. Niyə bağışlayım? Sən mənə bir dəfə etdin, iki, üç... Hamısını keçdim, bunlar yığıldı, oldu dağ. Məni axtarsınlar, itirməyinə peşman olsun".
"Müsahibələrinizin birində demisiniz ki, hər zaman Muradın yanında olacaqsınız" sözlərinə aktrisa bunları söyləyib:
"Mən demişəm? Nə bilim ola bilər. Həyatda elə sözlər deyirsən, sonra başqa cür ola bilir. Həyatdır, niyə də yox? Ölməsəm, sağ qalsam, belədir ki var. Öyrəndim ki, insan üçün özünü öldürmə, gördün ki, yıxılıb, əlindən tutub qaldırma. Deyəcək, sənə görə yıxıldım. İndi belə danışıram, amma yenə kömək edəcəm. Nədən qorxuramsa, başıma gəlir. Bizim mental dəyərlərimizdir. Ailədən irəli gəlir. Deyirlər, kişidir nə etsə də, axşam evinə qayıdacaq. Sən fəxr elə ki, xoruzun başqa çəpərdə banlayır. Deyir, bu evə meyidin qayıdacaq. Xəyanəti bağışlasınlar. Amma insanı alçaltmaq, qırmaq, xəyanəti evin içinə gətirmək. Buna heç bir qadın dözməz. İndi bəylərin çoxu xəyanət edir, hamısına şamil etmirəm. Bəy elə hərəkət etməlidir ki, kişi adı onun üstündədir. Yəni elə etməlidir ki, onun xanımı bu söhbətdən xəbərdar olmasın. İndi isə o söhbəti evin içinə gətirirlər. Kişilik adına layiq deyil. Hər zaman belə olub. Sadəcə hər şey yerində olanda gözəldir. Sən xanımınl hörmətli tutmalısan. O sənin uşağının anasıdır, başının tacıdır, sabah xəstələnəndə başının üstündə o yox, bu olacaq. Nə qədər peşman olub ailəsinə qayıdanlar olub. Sənin ailən və balan varsa, etməməlisən. Xanımın nə günahı var? Ona nə deyəsən? Deyəcək ki, yoldaşındır, apar. Allah bizi xəyanətkar insanlardan qorusun, bizdən istifadə edib indi fəxrlə gəzənlərdən qorusun. Qarşımıza ancaq yaxşı insanlar çıxsın". /olay
PAYLAŞ
Sehliyali
Trampın bu planı yüz minlərlə amerikalını işsiz qoyacaq
22:50 / 15.12.2024661
Trampın bu planı yüz minlərlə amerikalını işsiz qoyacaq
Donald Tramp ABŞ Poçt Xidmətini özəlləşdirmək istəyir.
Sfera.az xəbər verir ki, bu addım strukturun ciddi maliyyə itkilərinə məruz qalması ilə bağlıdır.
Tramp hesab edir ki, dövlət özü ilə həmyaşıd olan Poçt Xidmətinə subsidiya verməməlidir. Konqresdəki respublikaçılar və Trampın çevrəsinin üzvləri federal xərclərin azaldılmasını tələb edirlər və buna görə də Poçt xidməti tezliklə özəlləşdirilə bilər.
Xidmətin itkiləri 30 sentyabrda başa çatan 2024-cü maliyyə ildə 9,5 milyard dollara çatıb. Qurum obyekt və avadanlıqların təkmilləşdirilməsinə böyük sərmayələr yatırsa da, poçt göndərişləri həcmlərində davamlı azalmalar və paketlərin çatdırılması biznesində gözləniləndən daha yavaş artım nəticəsində gəlir əldə edə bilmir. İllik maliyyə hesabatına görə, Poçt Xidmətinin təxminən 80 milyard dollar borcu var.
Nəşrin fikrincə, özəlləşdirmə adi amerikalılar və biznes üçün təchizat zəncirlərini ciddi şəkildə poza, yüz minlərlə işçini istefaya getməyə məcbur edə bilər. Məsafədən və ya qiymət-səmərəlilikdən asılı olmayaraq, xidmət qanunla poçtun çatdırılmasını tələb edir. Bu o deməkdir ki, o, çox vaxt ölkənin ucqar bölgələrinə paketləri çatdıran yeganə təşkilatdır. (Musavat.com)
PAYLAŞ
Sehliyali
Öskürəyin üç əlacı: Təbii üsullarla müalicəni necə etmək olar?
22:30 / 15.12.20241407
Öskürəyin üç əlacı: Təbii üsullarla müalicəni necə etmək olar?
Balanslaşdırılmış qidalanmaq və təbii vasitələrdən istifadə etmək sağalmanı sürətləndirə, öskürək və boğaz ağrısı ilə əlaqəli narahatlığı azalda bilər.
Bunun üçün ən təsirli üç məhsul arasında birinci yerdə bal gəlir. Onun antibakterial xüsusiyyətləri öskürəyə səbəb olan infeksiyalarla mübarizə aparmağa kömək edir. Gecə öskürəyini azaltmaq üçün yatmazdan əvvəl bir qaşıq bal yemək lazımdır. Balı isti bitki çayına və ya südə də əlavə etmək olar.
Öskürəyin ikinci əlacı zəncəfildir. Quru və ya astmatik öskürək üçün xüsusilə faydalı ola bilər. Tərkibində iltihabı aradan qaldıran və qıcıqlanmış toxumaları yumşaldan aktiv birləşmələr var. Bulantıların öhdəsindən gəlməyə kömək edir və qusmanın qarşısını alır.
Təzə zəncəfil çayı dəmləyin və qaynar için. Bu, yalnız ağrıları azaltmır, həm də boğaz tıxanıqlığını aradan qaldırır. Ürək bulantısını aradan qaldırmaq üçün kiçik bir zəncəfil çeynəməyə çalışın.
Üçüncü yerdə nanə çayı və mentoldur. Nanə çayı boğazı sakitləşdirir və öskürək refleksini azaltmağa kömək edir. Mentol tənəffüs yollarının əzələlərini yumşaldır və nəfəs almağı asanlaşdırır. Qıcıqlanmanı aradan qaldırmaq və selikli qişaları nəmləndirmək üçün ilıq nanə çayı için. Bir kasa isti suya bir neçə damcı nanə yağı əlavə edin və tənəffüsü asanlaşdırmaq üçün buxarı nəfəsinizə çəkin.
Qeyd edək ki, bal, zəncəfil və nanə təsirli təbii vasitələr olsa da, onların allergik reaksiyalara səbəb ola biləcəyini bilmək lazımdır. Bu məhsulları xüsusən də dərman məqsədləri üçün istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.
Daha ətraflı Baku TV-nin materialında:
PAYLAŞ
Sehliyali
İki qardaşı kanalda boğulan 15 yaşlı qız dəm qazından öldü
22:15 / 15.12.20242048
İki qardaşı kanalda boğulan 15 yaşlı qız dəm qazından öldü
Bu gün Siyəzən şəhəri Sabir küçəsi 8 ünvanında dəm qazından zəhərlənmə baş verib.
Sfera.az xəbər verir ki, 15 yaşlı Vəkilli Gülər Seyfulla qızı dəm qazından zəhərlənib.
Xəstəxanaya çatdırılsa da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar.
Məktəbli olan 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub.
Ailənin sağ qalan yeganə övladı Gülərin həyatına isə, dəm qazı son qoydu.
Faktla bağlı araşdırma aparılır. /Unikal
PAYLAŞ
Sehliyali
© 2012-2020 Sfera.az Müəllif hüquqları qorunur.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Daşınmaz əmlak elanları
Created by