-
- Dünən, 23:38
- 133
Rusiyada biznesi olduğu deyilən XALQ ARTİSTİ: “Harada rəqəmlər var..
“Oxumaqdan başqa heç nəyi bacarmıram”.
Bu sözləri Xalq artisti, tanınmış müğənni Samir Bağırov “İncə sənət” verilişində deyib.
Uzun müddətdir ki, şou aləmin gündəmindən uzaq olan müğənni verilişdə ona ünvanlanan bizneslə bağlı sualı cavablandırıb.
Xalq artisti Rusiyada biznesinin olması ilə bağlı gəzən söz-söhbətlərə belə aydınlıq gətirib:
“Rusiyada şəxsi biznesimin olması ilə bağlı söhbətlər yalan və boşdur. Mən biznes bacaran insan deyiləm. Belə şeylərdən uzağam. Oxumaqdan başqa heç nəyi bacarmıram. Hərdən rəssamlıq da edirəm. Sənətə aid olan hər işi bacarıram. Amma harada rəqəmlər var, mənlik deyil”./yenicag