-
- Bu gün, 14:05
- 153
DƏHŞƏTLİ CİNAYƏT - Kişi həyat yoldaşı və 7 yaşlı oğlunu QAZLA BOĞMAQ İSTƏDİ
Moskva ətrafında kişi həyat yoldaşı və oğlunu qazla öldürməyə cəhd edib.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Hadisə 27 noyabr axşamı Pavlovski Posad yaxınlığındakı Qribanovo kəndində baş verib.
"Kişi qapını bağlayıb pəncərələri möhkəmlədikdən sonra qaz plitəsini açaraq evə qaz buraxıb. Bu zaman o, 29 yaşlı həyat yoldaşı və 7 yaşlı oğlunun evdən çıxmasına imkan verməyib", – deyə REN TV-yə məlumat verən şəxs bildirib.
Faciənin qarşısı polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alınıb. Qadın və uşaq azad edilib, şübhəli şəxs saxlanılıb.
Şübhəliyə qarşı qəsdən adam öldürməyə cəhd və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə cinayət işi açılıb. 53 yaşlı kişi ifadəsində həyat yoldaşının ona böhtan atdığını iddia edib və günahını qəbul etməyib.