-
- Bu gün, 14:22
- 130
Azərbaycanda 2025-ci il üzrə dollar proqnozu
Oktyabr ayını proqnozuna görə 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.
Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.
Cari əməliyyatlar balansındakı müsbət dinamika ölkənin iqtisadi sabitliyini, xarici bazarlardakı mövqeyini və valyuta bazarının dayanıqlığını möhkəmləndirən mühüm göstəricidir. Onun iri həcmdə qalması manatın məzənnəsinə olan təzyiqi neytrallaşdırır.