-
- Bu gün, 14:47
- 62
"Neftçi" və "Araz-Naxçıvan" almaniyalı futbolçunu istəyir
"Şamaxı"nın aparıcı futbolçusu Leroy Mikels Misli Premyer Liqasında mübarizə aparan klubların maraq dairəsindədir.
News24.az saytına verilən məlumata görə, almaniyalı futbolçunu "Neftçi" və "Araz-Naxçıvan" heyətinə qatmaq istəyir.
Hər iki klub 29 yaşlı futbolçunun keçidini bu qış reallaşdırmaq niyyətindədir. Hazırda Mikelsin transferini reallaşdırmaq üçün mübarizə davam edir.
Mövsümün əvvəlində "Şamaxı" ilə anlaşmış Leroyun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
"Borussiya”(Münhenqladbax) klubunun yetirməsi karyerası ərzində “Alemanniya Axen”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Vays Oberhauzen”, “Spartak”(Varn), “Əl-Taraci” klublarında oynayıb.\Sportal.az