350 il əvvəl törədilən cinayətin üstü BELƏ AÇILDI
    • Bu gün, 15:37
    • 229

350 il əvvəl törədilən cinayətin üstü BELƏ AÇILDI

Amasiya Universitetinin alimləri şəriət qeydlərində zəhərli xəmirlə törədilən müəmmalı q*ətl hadisəsini aşkar ediblər. Belə ki, Türkiyə Tarix fakültəsinin professoru Prof. Dr. Levent Küçük kitabxandan tapdığı köhnə qeydlərdə bir qadının qonşusunu börəklə necə zəhərlədiyini anladıb.

News24.az xəbər verir ki, 1672-ci ildə Fatma adlı qadın qonşusu Xanımın göndərdiyi börəyi yedikdən bir neçə saat sonra ölür.

Bu zaman Fatmanın əri məhkəməyə şikayət edir. Məhkəməni idarə edən hakim evdə qalan börəklərdən gətizdirərək qonşu Xanımdan onları yeməyini istəyib. Qonşu börəyi yeməyib və hakim bu üsulla günahkarı müəyyənləşdirib.


Günel Məlikzadə