-
- Bu gün, 13:32
- 111
Telegram-ın qaranlıq üzü - "Evinə polis yollayacam", "nömrəni paylaşacam"...
Sosial media platformaları uşaqlar üçün təhlükə yaratmağa davam edir. YouTube, X, Instagram və FaceBook kimi platformalar, həmçinin Discord və Telegram kimi tətbiqlər tez-tez ş*antaj və təhdid başlıqları ilə gündəmə gəlir.
News24.az xəbər verir ki, Türkiyədə Telegram-da yaşı 18-dən az olan gənclərin yaratdığı və istifadə etdiyi qruplarda əsassız xəbərlər hazırlanır. Bundan başqa, 112 Təcili Zəng Mərkəzinə zəng edən gənclər işçiləri məsxərəyə qoyaraq onların işlərini görmələrinə mane olurlar.
Təhdid və ş*antajın tez-tez baş verdiyi qruplarda “evinizə polis göndərərəm” və ya “nömrənizi hamı ilə paylaşacam” kimi t*əhdidlərlə gəncləri dəhşətli işlər görməyə vadar edirlər. Ən dəhşətlisi isə gənc qızların hədəfə alınması və hədə-qorxu, ş*ntaj yolu ilə özlərinə z*ərər verməyə məcbur edilməsidir.
TV100-ün redaktoru Cihat Aslan sözügedən qruplara sızaraq həmin söhbətləri lentə alıb. Beləliklə, Telegram-ın qaranlıq üzü ifşa edilib.
Günel Məlikzadə