-
- Bu gün, 17:06
- 177
"Mən xahişləri qəbul etmirdim"
"Mən həmişə çalışırdım ki, işimə ədalətlə yanaşım. Əgər mən oxuyan tələbəyə də, oxumayana da əla yazıramsa, bu hal onlar arasında narazılıq, müəllimə qarşı isə etibarsızlıq yaradır".
News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Azərbaycanın Əməkdar hüquqşünası Məsumə Məlikova deyib.
"Tələbələrin arasında hörmətdən düşmək çox ağırdır. Bu əhvalat da ancaq bir qrup içərisində qalmır. Tələbələr bunların hamısını yayır. Əvvəl fakültə, sonra bütün universitet və daha sonra isə respublika çərçivəsində bu yayılır. Son nəticədə müəllim öz simasını itirmiş olur. Bundan ağır nə ola bilər?! Mən çalışırdım ki, ədalətlə yanaşım və bu səbəbə görə də mən xahişləri qəbul etmirdim. Mənə qəribə gəlirdi ki, bu oxuyandır 5 alır, digəri heç oxumur, gedib gəzir sonra isə babası, nənəsi kimsə gəlibsə, ona 5 yaz..."
Ətraflı linkdə.
Günel Məlikzadə