-
- Bu gün, 14:30
- 109
Gəncəlilər üçün Tovuzda yaxşı şans
Bu gün Misli Premyer Liqasında 2024-cü ilin son turuna Tovuzda start verilir.
News24.az xəbər verir ki, "Kəpəz" Tovuzda "Sumqayıt"ı qəbul edir.
Günün yeganə qarşılaşması hər komanda üçün xususi əhəmiyyət kəsb edir. Ev sahibləri "Səbail"i qabaqlamaq üçün, "Kimyaçı"lar isə "Neftçi"ni arxada qoymaq üçün şanslıdır.
Hər iki komandanın qələbəsi hazırda qərarlaşdıqları pillələrdə işlərini zəmanət altına ala bilər.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVIII tur
20 dekabr (cümə)
16:00. “Kəpəz” – “Sumqayıt”
Baş hakim: Kamal Umudlu
Tovuz şəhər stadionu
Ağa Dadaşzadə