-
- Bu gün, 16:37
- 95
Prezident bu ölkələrdəki səfirləri geri çağırdı
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
XXX
Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.
News24.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıblar.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, A.Məmmədov Qətərdə səfiri təyin edilib.