-
- Bu gün, 11:01
- 108
Professor İlham Rəhimov: "Cinayətin nə ölkəsi var, nə də sərhədi..."
Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilir.
News24.az xəbər verir ki, hüquq elmləri doktoru, professor İlham Rəhimov jurnalistlərə verdiyi açıqlamada konfransda cinayət hüququ sahəsindəki alimlərin toplandığını bildirib.
Professor İlham Rəhimov konfransın Bakı şəhərində keçirilməsinin təsadüfi olmadığını vurğulayıb:
"Konfrans iştirakçıları bura gəlməyin rahat olduğunu düşünərək Bakıda toplaşmaq istədilər. İkinci məqam isə Prezident İlham Əliyevin dediyi kimi, Bakı beynəlxalq mərkəzə çevrilib. İqtisadiyyat, siyasət, hüquqla bağlı Bakıda müzakirələr keçirilir. Burada 12 dövlətin nümayəndəsi iştirak edir. Hər bir ölkə nümayəndəsi öz ölkəsində cinayətkarlıqla bağlı problemlərə diqqət çəkəcək. Məruzələri ümumiləşdirib, tövsiyələr təqdim edəcəyik. Cinayətin nə ölkəsi var, nə də sərhədi var. Ən kiçik ölkələrdə də cinayət var. Cinayət varsa, onunla mübarizə aparmaq lazımdır".