-
- Bu gün, 15:42
- 142
"Yalı Çapkını" bu tarixdə final edir
"Yalı Çapkını"nın final tarixi açıqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi mart ayında yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida edəcək.
Serialın final qərarı bu mövsüm gözlənilən reytinq göstəricilərinin əldə olunmaması səbəbindən verilib. Bildirilir ki, izləyici itirilməsi prosesi sürətlə davam edərsə, final tarixi daha erkən bir vaxta çəkilə bilər.
Xatırladaq ki, ötən həftə "Yalı Çapkını"nın 87-ci bölümü yayımlanıb. Yeni il həftəsində isə serial efir fasiləsinə çıxacaq.
Qeyd edək ki, artıq üç mövsümdür yayımlanan serialda baş rolları Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.