Dəməşqdə TARİXİ QƏRAR: Silahlı qruplar BİRLƏŞİR
    • Bu gün, 04:30
    • 205

Dəməşqdə TARİXİ QƏRAR: Silahlı qruplar BİRLƏŞİR


Suriya hökuməti ölkədəki müxtəlif silahlı qrupların vahid strukturda birləşdirilməsinə qərar verib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdəki yeni hakimiyyətin başçısı Əhməd əş-Şəraa (Əbu Məhəmməd əl-Colani) açıqlama verib.

Nəşr yazır ki, yeni strukturun yaradılması ölkənin müdafiə potensialını gücləndirmək və regiondakı nəzarəti təmin etmək məqsədini daşıyır.

Bu addımın bölgədəki silahlı qruplar arasında nəzarəti mərkəzləşdirəcəyi və gələcəkdə ölkədə stabilliyin təmin olunmasına töhfə verəcəyi gözlənilir.

Lakin beynəlxalq müşahidəçilər bu qərarın icrasının çətinliklərlə üzləşə biləcəyini vurğulayır, çünki qruplar arasında ideoloji və maraq fərqlilikləri qalmaqdadır.

Yeni strukturun əməliyyatları necə həyata keçirəcəyi və bu addımın bölgədəki siyasi vəziyyətə təsiri ilə bağlı hələlik əlavə məlumat yoxdur.