-
- Bu gün, 14:04
- 87
iPhone-u məbədin ianə qutusuna düşdü, sonra isə...
Hindistanın cənubunda məbədi ziyarət edən şəxs yöndəmsizliyinə görə təsadüfən bahalı cihazsız qalıb.
News24.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Hadisə ötən ay baş verib. Həmin şəxs Çennayın ətrafında yerləşən məbədi ziyarət edib.
Ziyarətdən sonra o, bir neçə əskinas atmaq üçün ianə qutusuna gedib. O, köynəyinin cibindən pul çıxaran zaman iPhone-u təsadüfən onun əlindən sürüşərək qutunun içinə düşüb.
Cihazı öz başına götürmək mümkün olmadıqda məbədin qonağı ruhanilərə müraciət edib, lakin onlar ona kömək edə bilməyiblər.
Bildirilib ki, qutuda olan hər şey tanrılara qurbanlıqdır və sahibinə qaytarıla bilməz.
Kişi hindu dini rəsmilərinə şikayət etdikdən sonra ona SİM kartı çıxarmağa icazə verilib. Cihaz isə məbədin mülkiyyətinə çevrilib.
Məryəm İlhamqızı