Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi QEYD OLUNUB
    • 12-07-2019, 16:25
    • 1 175

Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi QEYD OLUNUB

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

News24.az-ın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirməkdir.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, daxili işlər naziri Vilayət Eyvazov, gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

Tədbirdə daha sonra Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə MZ Prodakşn tərəfindən istehsal olunan "Ulu öndər" adlı sənədli filminin və eyniadlı mahnının təqdimatı keçirilib.

Filmin ssenari müəllifi və rejissoru əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, redaktoru İradə Sultanovadır. Filmdə ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar nümayiş olunub, Azərbaycan gənclərinə verdiyi tövsiyələr səsləndirilib.

"Ulu öndər" mahnısının musiqisi Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimiyə, sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğluya aiddir.

Afaq Mirayiq