Duş kabinindəki ərp ləkələrini BELƏ TƏMİZLƏYİN
    • Bu gün, 16:26
    • 147

Duş kabinindəki ərp ləkələrini BELƏ TƏMİZLƏYİN

Duş kabinin şüşələrində zamanla yığılan ərp və su ləkələri təmizlənməni çətinləşdirən inadkar təbəqələrə çevrilə bilər. Evdə sadə materiallarla hazırlaya biləcəyiniz qarışım, ərp qalıqlarını saniyələr ərzində yox edəcək. 

News24.az duş kabinəsində heç bir ləkə qoymadan effektiv təmizlik təmin edəcək təbii və praktik üsulu təqdim edir:

Paltar yumşaldıcı, qabyuyan maşın parladıcısı və limon duzu ərp ləkələrindən xilas olmaq üçün ən təsirli təbii qarışımdır. Bir qaba yarım çay stəkanı yumşaldıcı, 1 çay qaşığı limon duzu və yarım stəkan qabyuyan parladıcısı əlavə edin. Qarışımı yaxşıca çalxalayın və limon duzunun tamamilə həll olunduğundan əmin olun. Sonra bu qarışımı bir sprey şüşəsi ilə duş kabinəsinə səpin və təxminən 10-15 dəqiqə saxlayın. Daha sonra isti su ilə yuyun, nəm parça ilə silin və qurudun.

LİMON VƏ DUZLA TƏBİİ ÜSUL

Limonun təbii turşu quruluşu ərpi yumşaldır və təmizləyir, duz isə səthi yumşaq şəkildə korroziyaya uğradır. Bir limonun suyunu sıxın və bir çay qaşığı duz əlavə edin. Bu qarışımı bir parça ilə duş kabinlərinə çəkin və 5-10 dəqiqə gözləyin, sonra süngərlə yumşaq bir şəkildə ovuşdurun.


Məryəm İlhamqızı