-
- Bu gün, 16:35
- 123
Moskva Bəşər Əsədin həyat yoldaşı ilə bağlı iddialara son qoydu
Kremlin sözçüsü Dmitri Peskov Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddən boşanması ilə bağlı iddiaların doğru olmadığını açıqlayıb.
News24.az xəbər verir ki, Peskov Moskvada aktual mövzularla bağlı açıqlamalar verərkən danışıb. Peskova “Əsədin həyat yoldaşının boşanaraq Rusiyanı tərk etmək istəməsi iddiaları doğrudurmu?” sualı verilib. Peskov bu suala belə cavab verib: “Xeyr, bu, real deyil”.
Qeyd edək ki, Londonda doğulan və ailə qurduqdan sonra Suriyaya köçərək bank karyerasını yarımçıq qoyan Əsma Əsədin Moskvadakı şəraitdən razı qalmadığı və Londona getmək üçün boşanma tələb etdiyi bildirilir.
Bəşər Əsədin sığınacaq tələbi Rusiya tərəfindən qəbul edilsə də, onun Rusiyada hakimiyyət orqanları tərəfindən sərt məhdudiyyətlərə məruz qaldığı və Moskvanı tərk etməsinə və hər hansı siyasi fəaliyyətlə məşğul olmasına qəti şəkildə qadağa qoyulduğu bildirilir.
Digər tərəfdən, Bəşər Əsədin aktivlərinə və pullarına çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi imkanlarını məhdudlaşdırır.
Aynurə