-
- Bu gün, 17:30
- 4 668
Cəlilabadda DƏHŞƏT: Ana 14 yaşlı qızını öz sevgilisi ilə...
Cəlilabadda ana azyaşlı qızını sevgilisi ilə ci*nsi əlaqəyə məcbur edib.
News24.az Cenublu.az-a istinadla bildirir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Sahib Əfəndiyev (ad şərtidir) ilə digər təqsirləndirilən Aygün Fərəcova (ad şərtidir) intim münasibətdə olublar. Sahib bundan istifadə edərək Aygünün qızı ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Aygün Sahibin bu təklifi ilə razılaşıb və qızı ilə görüşdürəcəyini söz verib. Bir neçə gün sonra Aygün qızı Leyla Fərəcovanı (ad şərtidir) hədə-qorxu və məcburiyyətlə Cəlilabadda ağac və kolların olduğu sahəyə gətirib. Daha sonra Sahib Leylaya yaxınlaşaraq onu qucaqlayıb, azyaşlının hərəkətlərindən onunla cin*si əlaqədə olmaq istəmədiyin bilib. Lakin zorla cinsi əlaqədə olmağa çalışıb. Leyla qəti şəkildə etiraz edərək aktiv müqavimət göstərdikdən sonra Sahib cinayət əməlini yerinə yetirə bilməyib.
Bundan bir müddət sonra Sahib Aygünlə danışaraq qızı Leylanın pornoqrafik şəkillərini çəkib ona göndərməsini istəyib. Aygün də Leylaya hədə-qorxu gələrək çılpaq foto və videolarını çəkib. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Bununla da, yetkinlik yaşına çatmayanın valideyni tərəfindən və təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsin təkrarən uşaq pornoqrafiyasını başqasına vermə cinayət əməlləri törədilib.
Sahib Əfəndiyev və Aygün Fərəcova Azərbaycan Respublikası CM-nin 29,149.3.3, 32.4,150.3.3, 32.4,156.1, 32.4,171.2.3, 32.4,171.2.4, 32.4,171- 1.2.1, 32.4,171-1.2.4 və 32.4,171-1.2.5-ci maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahib Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib:
“İbtidai istintaqda verdiyim ifadəmi təsdiq edirəm. Lakin qeyd olunan hərəkətlər zorla edilməyib, Leylanın özünün razılığı ilə baş verib. 2023-cü ilin sentyabr ayından Aygünlə mütəmadi olaraq görüşüb, cinsi əlaqədə olmuşuq. Dekabr ayının əvvəlləri Aygünlə danışanda qızı Leylanı gördüm. Leyladan xoşum gəldiyini və bəyəndiyimi dedim. Bildirdim ki, Aygün görüşə gələndə Leylanı da gətirsin. Hadisə günü yoncalıqda Aygünlə Leylanı gözləyirdim. Birinci Aygün yanıma yaxınlaşdı, sonra Leylanı çağırdı. Leylanın yanağından öpdüm, amma aramızda yaxınlıq olmadı. Daha sonra Aygünlə orada cinsi əlaqədə olduq.
Təxminən 15 gün sonra Aygünlə görüntülü danışanda Aygün Leylanı çılpaq halda mənə göstərdi. Səhəri gün zəng edib qızını yanıma gətirməsini istədim. Leylanı öpüb qucaqladım, lakin cinsi əlaqədə ola bilmədim. Leyla ilə mənim qızım eyni sinifdə oxuyublar. Sonra öyrəndim ki, Aygün başqa kişilərlə də görüşür. Əlaqəmi kəsdim. Bir neçə müddət sonra Aygün telefonla mənə qızı ilə birlikdə çəkdiyi porno videoları göndərdi”.
Digər təqsirləndirilən Aygün Fərəcova məhkəmədə ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsi elan edilib:
“Həyat yoldaşım vəfat etmişdi. Təbii ehtiyaclarımı ödəmək üçün Sahiblə mütəmadi cinsi əlaqədə olmuşam. Sahib mənə dedi ki, qızım Leyladan xoşu gəlir. Mən onları görüşdürdüm. Qızım razılaşmırdı, onu məcbur apardım. Bir neçə gün sonra Leylanı yenidən Sahiblə görüşdürmək üçün məcbur yoncalıq sahəsinə apardım. Leyla cinsi əlaqədə olmaq istəmirdi, mən də onun əllərini tutub məcbur elədim. Bundan əlavə, Leylanın çılpaq şəkillərini də Sahibə atmışam”.
Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş 14 yaşlı Leyla Fərəcova ifadəsində deyib:
“Anam hər gün Sahiblə danışırdı. İrad bildirsəm də, mənə bunun aidiyyəti olmadığını deyirdi. Bir gün anam məni məcbur Sahibin yanına apardı. Sahib yaxınlaşıb koftamın qabağını açıb, boğazıma, sinəmə toxunaraq “səni sevirəm” dedi. Sahib mənimlə cinsi əlaqədə olmaq istədi. Mən qışqırmayım deyə anam əllərimi və ağzımı bağlamışdı. Daha sonra anamın göstərişi ilə bizim çılpaq videoları bacım çəkirdi. 5-ci sinifdən məktəbdən çıxıb, soğan yığmaqla pul qazanıb anama verirdik ki, borclarını bağlasın.
Anam bizi uşaq evinə verəcəyi ilə hədələdiyi üçün etdiklərini heç kimə, qohumlarına demirdik. Anam evdə olanda zəng gəldi. İcra hakimiyyətindən bir xanım idi. Anam, qardaşım və mən getdik. Həmin xanıma hər şeyi danışdım. Sonra da prokurorluq gəlib bizi apardı”.
Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Sahib Əfəndiyev və Aygün Fərəcova cinayət üzrə təqsirli bilinib.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev 18 il 6 ay, Aygün Fərəcova isə 18 il müddətində azadlıqdan məhrum edilib.