Yasa gedən insanların olduğu avtobus aşdı - Çox sayda yaralı var

Yasa gedən insanların olduğu avtobus aşdı - Çox sayda yaralı var Hadisə

Türkiyənin İstanbul şəhərindən Sinopa yas mərasiminə gedən şəxsləri daşıyan mikroavtobus aşıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, qəza Kastamonu ərazisində baş verib. 

İlkin məlumata görə, qəza nəticəsində 24 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda xilasetmə və sağlamlıq qrupları göndərilib.

Yaralılar xəstəxanalara çatdırılıb.