-
- Dünən, 21:40
- 213
Məhşur avtomobil markaları güclərini birləşdirir – Yeni şirkət... + FOTO
Yaponiyanın avtomobil nəhəngləri olan iki şirkət güclərini birləşdirməyi planlayır.
News24.az xəbər verir ki, yapon avtomobil istehsalçıları Honda və Nissan elektrikli avtomobil sənayesində sərt qlobal rəqabət şəraitində dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaratmaq üçün birləşmə danışıqlarına başladıqlarını açıqlayıblar.
Şirkətlər tərəfindən verilən ortaq açıqlamada, Yaponiya avtomobil istehsalçılarının ortaq bir holdinq şirkəti altında birləşmə danışıqları üçün anlaşma memorandumu imzaladığı bildirilib.
Nissan-ın səhmlərinin 24,5 faizinə sahib olan Mitsubishi şirkəti də anlaşma memorandumu imzalayıb və yanvarın sonuna kimi yeni yaradılmış qrupa qoşulmağı nəzərdən keçirəcək.
Şirkətlər birləşmə danışıqlarını 2025-ci ilin iyun ayına qədər başa çatdırmağı, 2026-cı ilin avqust ayına qədər holdinq qurmağı və hər iki şirkətin səhmlərinin birjaya çıxarılmasını hədəfləyir./yenisabah.az