Azərbaycanda HADİSƏ: - 8 tələbə xəstəxanaya yerləşdirildi

Azərbaycanda HADİSƏ: - 8 tələbə xəstəxanaya yerləşdirildi Hadisə

Tovuzda  Peşə  Təhsil məkrəzində kütləvi zəhərlənmə olub.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə rayonda yerləşən Tovuz Peşə Təhsil mərkəzində qeydə alınıb. Belə ki, təhsil mərkəzinin 8 nəfər tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Tələbələrə yardım göstərilib.

İlkin ehtimala görə,  tələbələr tortdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.