Tanınmış milyarder İspaniya dağlarında öldü - SƏBƏBİ...
    • Dünən, 23:40
    • 202

Tanınmış milyarder İspaniya dağlarında öldü - SƏBƏBİ...

Mango brendinin qurucusu və İspaniyanın ən zəngin şəxslərindən biri olan İsak Andik qəza nəticəsində dünyasını dəyişib.

News24.az xəbər verir ki, onun ölümü iş dünyasında böyük sarsıntı yaradıb.

İspaniyanın məşhur geyim markası "Mango"-nun banisi, 3 milyard avroluq sərvət sahibi olan İsak Andik Barselona yaxınlığındakı dağlarda yürüşü zamanı faciəvi şəkildə həyatını itirib. İspaniyanın “DW” xəbər agentliyi onun ölümünü 14 dekabrda təsdiqləyib.

İsak Andik 1953-cü ildə İstanbulda yəhudi ailəsində anadan olub. Valideynlərinin 1960-cı illərin sonlarında İspaniyaya köçməsi onun həyatında dönüş nöqtəsi oldu. Gənc yaşlarından ticarətə maraq göstərən Andik 1984-cü ildə qardaşı Naхman ilə birlikdə "Mango" markasını yaratdı. İlk Mango mağazası Barselonada açıldı və qısa müddətdə dünya brendinə çevrildi.

"Mango"-nun əsas uğuru moda dünyasında əlçatan qiymətlər və yüksək keyfiyyət təqdim etməsi ilə bağlı idi. 2023-cü ilin sonuna Mango geyimləri 120 ölkədə satılırdı və brendin illik dövriyyəsi 3,1 milyard avronu keçmişdi.

İsak Andik üçün təbiət yalnız hobbi deyil, həm də ilham mənbəyi idi. O, dağ yürüşlərinə xüsusi maraq göstərirdi. Təəssüf ki, bu ehtiras onun həyatının sonunu gətirdi. Barselona yaxınlığındakı dağlarda baş verən qəza məşhur iş adamının həyatını əlindən aldı.

İsak Andikin ölüm xəbəri həm İspaniyada, həm də beynəlxalq iş dünyasında dərin hüznlə qarşılanıb. Onun biznes fəlsəfəsi və strateji yanaşmaları bir çox sahibkar üçün ilham mənbəyi olaraq qalır.//musavat.com