-
- Dünən, 20:11
- 229
Elza Seyidcahan ETİRAF ETDİ: Adıma restoran açıb...”
Mənə aşiq olan insanlar adıma restoranlar açıblar, milyonlarla pul qazanırlar”.
News24.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi onun adına restoranlar açıldığını və adı ilə pullar qazanıldığını bildirib:
“Gecələr çox rahat yatıram Qorxmuram ki, gəlib pullarımı oğurlayacaqlar. Çünki hamısı mənimdir, milyonlarımı qoruyanlar var. Mənə aşiq olan insanlar adıma restoranlar açıblar, milyonlarla pul qazanırlar. Bir də görürsən, yazırlar, Elza xanım, oturmuşuq burada, sizin restoranınızda, çox gözəldir. Deyirəm, hansı restoranda? Mənim adımdan istifadə edib restoran açırlar, oranı adımla reklam edib işlədirlər. Bu yaxınlarda zəng edib deyirlər ki, sizin Şamaxıda üzüm plantasiyanız var. Deyirəm, vallah, yoxumdur. Deyir, faktlarla bunu sizə sübut edərəm. Deyirəm, mənim elə plantasiyam varsa, heç olmasa, mənə bir səbət üzüm göndərsinlər”./yenicag.az