-
- Dünən, 20:54
- 113
Türkiyədə antik dövrə aid məbəd aşkarlandı
Türkiyənin Osmaniye şəhəri yaxınlığında aparılan arxeoloji qazıntı zamanı antik dövrə aid məbədin qalıqları aşkarlanıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qazıntı işləri Mədəniyyət və Turizm Nazirliyi və Osmaniye Qorqud Ata Universiteti ilə birgə "Gələcəyə İrs" layihəsi çərçivəsində aparılır.
Qeyd olunur ki, məbəd eramızdan əvvəl 540-cı ilə aiddir.
Qazıntı zamanı, həmçinin məbədin düz yanında daha əvvəlki dövrlərə aid məbədin xarabalıqları da aşkarlanıb./sonxeber.az