Suriyanın yeni administrasiyasından İrana xəbərdarlıq
    • Bu gün, 10:24
    • 99

Suriyanın yeni administrasiyasından İrana xəbərdarlıq

Suriyanın yeni administrasiyasının xarici işlər naziri Həsən Şeybani İranı Suriyada xaos yaymaq cəhdində ittiham edib.

News24.az xəbər verir ki, bu zaman “X” sosial media platformasında açıqlama yayıb. Şeybani açıqlamasında İranın suriyalıların iradəsinə və suveren hüquqlarına hörmət etməli olduğunu bildirib və İrana xəbərdarlıq edib.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. İranı Suriyada xaos yaratmaqdan çəkinmək istiqamətində xəbər edir və son bəyanatlarının nəticələrinə görə onları məsul tuturuq”, - deyə qeyd edib.

Digər tərəfdən, İran Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purferzane İran və Suriya arasında uçuşların bir müddətlik dayandırıldığını açıqlayıb.

Aynurə